ELM VƏ TƏHSİL


Hüseyn Cavidin “Topal Teymur” pyesi ingilis dilində

Bakı, 14 noyabr, AZƏRTAC

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı ingilis dilində ayrıca kitab şəklində çap olunub. Kitabı Hüseyn Cavidin ev-muzeyi əsərin qələmə alınmasının 95-ci ildönümü münasibətilə nəşrə hazırlayıb.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, nəşrin ön söz və ideya müəllifi muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. O, kitaba yazdığı ön sözdə vurğulayıb ki, Hüseyn Cavidin “Topal Teymur” tarixi dramındakı əsas qayə müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarət olub. Dahi şair bir mütəfəkkir kimi bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdıra bilib. Buna görə də yüksək sənətkarlıqla qələmə alınmış bu əsərin təkcə ingilis dilində deyil, dünya xalqlarının aparıcı dillərinə çevirərək təqdimi də yüksək ideyaların təbliği məqsədi daşıyır.

Qeyd edək ki, “Topal Teymur” tarixi dramını ingilis dilinə tərcümə və redaktə edənlər tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.