ELM VƏ TƏHSİL


Hüseyn Cavidin aforizmləri Azərbaycan və ingilis dillərində

Bakı, 18 noyabr, AZƏRTAC

Hüseyn Cavidin ev-muzeyinin yenidən nəşrə hazırladığı “Cavid hikməti: seçmə aforizmlər” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, kitabda filosof şairin müxtəlif əsərlərindən seçmələr Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunub. Hüseyn Cavidin külliyyatı əsasında hazırlanan topluda dahi sənətkarın insanlıq, haqq, ədalət, Vətən, qadın, məhəbbət və digər mühüm mətləblər haqqında müdrik sözləri, görkəmli şəxslərin Hüseyn Cavid haqqında dəyərli fikirləri yer alıb. Nəşrə çətin anlaşılan sözlərin qısa lüğəti də əlavə olunub.

Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, “Cavid hikməti: seçmə aforizmlər” kitabında toplanan aforizmləri, “Ön söz” və lüğəti ingilis dilinə tərcümə edən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və muzeyin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fəridə Əliyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.