ELM VƏ TƏHSİL
Hüseyn Cavidin ev-muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub
Bakı, 30 mart, AZƏRTAC
AMEA Hüseyn Cavidin ev-muzeyi koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Prezident İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, direktor Gülbəniz Babaxanlı biraylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Eyni zamanda, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu müddət ərzində muzeydə iki dəfə dezinfeksiya işləri aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]