ELM VƏ TƏHSİL


Hüseyn Cavidin ev-muzeyinin nəşrləri VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

Bakı, 6 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA Hüseyn Cavidin ev-muzeyi təmsil olunur.

Hüseyn Cavidin ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, bu müəssisə üçün ayrılmış guşədə nümayiş etdirilən nəşrlər son beş ildə muzeydə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini əhatə edir.

Sərgidə təqdim olunan 50-dən çox müxtəlif adda ədəbiyyat sırasında 30 cilddə “Cavidşünaslıq” araşdırmalar toplusu, 13 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, 3 cilddə “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” kimi çoxcildliklərlə yanaşı, cari ildə çap edilmiş “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı, “AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” monoqrafiyası və “Gülbəniz Babaxanlının biblioqrafiyası” oxuculara təqdim olunur.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi-yarmarkada Hüseyn Cavidin nəfis şəkildə çap edilmiş külliyyatı və cavidşünaslıq materialları, Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi “Gəlmiş idi” romansının və “Gəl” romans-kapriççiosunun muzeydə mühafizə olunan not yazılarının da daxil edildiyi “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı da nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.