İDMAN
Hüseyn Məmmədov: Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını doğma Vətəndə qazandığım üçün xoşbəxtəm
Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını doğma Vətənimdə qazanmağı qarşıma məqsəd qoymuşdum. Bütün qarşılaşmalarım gərgin mübarizə şəraitində keçdi. Rəqiblərim güclü cüdoçular idilər. Bu nüfuzlu yarışın qızıl medalını doğma Vətənimdə qazandığım üçün xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bunu XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında çempion olan Hüseyn Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Qazandığı qələbədə məşqçilərinin əməyini yüksək qiymətləndirən atletimiz deyib: “Yarışlara ciddi hazırlaşmışdım. Qələbəmdə müəllimlərimin böyük zəhməti var və onlara minnətdaram".