DÜNYA


“Hyundai” 425 min avtomobili geri çağırır

Pekin, 15 fevral, AZƏRTAC

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” Çindəki zavodunda istehsal olunan 425 min "Tucson” modelini elektrik sistemindəki qüsurlara görə geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasının məlumatına istinadla xəbər verir ki, geri çağırılan avtombillər 2015-ci ilin may ayından 2018-ci ilin dekabrınadək olan müddətdə “Hyundai”ın Pekindəki yığım zavodunda buraxılan nəqliyyat vasitələridir.

Avtomobillərin geri çağırılmasına martın 16-dan başlanılacaq və bütün qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.