DÜNYA


“Hyundai” ABŞ-da elektromobil zavodu tikməyi planlaşdırır

Bakı, 13 may, AZƏRTAC

Cənubi Koreyanın “Hyundai Motor Group” avtomobil istehsalçısı ABŞ-ın Corciya ştatında elektromobil istehsal edən zavod tikməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, marketwatch.com saytı bu barədə Birləşmiş Ştatların rəsmi dairələrindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Hyundai” layihəni ABŞ Prezidenti Cozef Baydenin mayın 20-21-də Seula planlaşdırılan səfəri zamanı elan edəcək. Layihə dəyəri 7 milyard dollar olan müəssisə 8,5 min yeni iş yeri açmağa imkan verəcək. Burada elektromobillərlə yanaşı, daxiliyanma mühərrikli avtomobillər də istehsal olunacaq.

Bir müddət öncə “Hyundai” 2025-ci ilədək elektrik avtomobillərinin istehsalı, mövcud müəssisələrin modernizə edilməsi və texnologiyaların inkişafı üçün ABŞ-a 7,4 milyard dollar sərmayə yatıracağını bildirmişdi.

Ötən ilin dekabrında ABŞ-ın elektromobil istehsalçısı “Rivian Automotive” kompaniyası da Corciya ştatında zavod tikmək planlarını açıqlamışdı. Beş milyard dollar sərmayənin yatırılacağı layihə 7,5 min nəfəri işlə təmin etməlidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.