İDMAN


“Hyundai Motorsport”un pilotu ralli üzrə dünya çempionatının  səkkizinci mərhələsinin qalibi olub

Bakı, 4 iyul, AZƏRTAC

Polşada ralli üzrə dünya çempionatının mərhələ yarışı keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildirilib ki, sayca səkkizinci mərhələdə ilk iki yeri “Hyundai Motorsport” komandasının təmsilçiləri tutub. Təyin olunan marşrutu birinci qət edən Tyerri Nevill 2 saat 40 dəqiqə 46.1 saniyə göstərici ilə mərhələnin qalibi adını qazanıb. Onun komanda yoldaşı Hayden Paddon finişə 2 saat 42 dəqiqə 10 saniyəyə çatmaqla ikinci yerlə kifayətlənib. Dəfələrlə dünya çempionu, “M-Sport” kollektivinin aparıcı pilotu Sebastyen Ojye isə bu dəfə qalibdən 2 dəqiqə 20.8 saniyə geri qalmaqla üçüncü olub.

Səkkiz mərhələdən sonra ümumi nəticəyə liderlik hələ ki, S.Ojyeyə məxsusdur. Fransalı pilotun aktivində 160 xal var. T.Nevill 149 xalla ikinci, finlandiyalı Yari-Matti Latvala 112 xalla üçüncü pillədə qərarlaşıblar.

Ralli üzrə dünya çempionatının doqquzuncu mərhələsi iyulun 27-30-da Finlandiyada təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.