SİYASƏT


Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib

Vaşinqton, 28 may, AZƏRTAC

ABŞ-ın Texas ştatının Hyuston şəhərinin meri Silvester Törner 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Müstəqillik Günü ilə bağlı imzalanan bəyannamədə Hyustonla Bakının qardaşlaşmış şəhərlər olduğu qeyd edilir, bu münasibətlər çərçivəsində mədəniyyət və təhsil sahələrində təcrübə mübadiləsi həyata keçirildiyi və Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynadığı vurğulanır. Bildirilir ki, Azərbaycan əsilli amerikalılar Texas ştatında regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və rifaha töhfələr verən fəal icma kimi tanınır.

Bəyannamədə qeyd olunur ki, ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri daxil olmaqla, dünyadakı milyonlarla azərbaycanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü qeyd edir və bununla əlaqədar 2022-ci ilin mayın 28-i Hyuston şəhərində Azərbaycan Müstəqillik Günü elan olunur.

Qeyd edək ki, Bəyannamə Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə qəbul olunub.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.