MƏDƏNİYYƏT


Hyustonda Novruz bayramı münasibətilə tədbirlər keçirilib

Vaşinqton, 24 mart , AZƏRTAC 

ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mərkəzi Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edib.

Mərkəz “Hyuston azərbaycanlıları” Assosiasiyasının və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dəstəyi ilə martın 15-də Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “sürətli şahmat” üzrə ikinci ənənəvi turnir keçirib. Turnirdə Hyustonun Azərbaycan icmasının üzvləri ilə bərabər, beş ölkənin nümayəndələri, habelə yerli şahmatsevətlər iştirak ediblər. “Center64 Chess” klubunda keçirilən turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunub.

Azərbaycan Mərkəzi martın 18-də "Goldberg B’nai B’rith” ahıllar evinin sakinləri üçün azərbaycanlı müğənni Kamiyarın və pianoçu Nərgiz Ceffusun iştirakı ilə konsert təşkil edib.

Martın 20-də isə Mərkəzin təşkilatçılığı ilə ənənəvi qala-konsert keçirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.