İDMAN


IAAF 42 Rusiya yüngül atletinə neytral bayraq altında beynəlxalq yarışlarda iştirak etməyə icazə verib

Bakı, 22 yanvar, AZƏRTAC

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) Rusiya yüngül atletlərinin 42-sinin 2019-cu ildə beynəlxalq yarışlarda neytral ölkənin bayrağı altında iştirakına icazə verilməsi barədə qərar qəbul edib.

AZƏRTAC IAAF-ın rəsmi saytına istinadla xəbər verir ki, assosiasiyanın bəyanatında deyilir: “IAAF-ın dopinq yoxlaması bölməsi Rusiyanın 42 yüngül atletinin müraciətinə baxaraq onların 2019-cu ildə beynəlxalq yarışlarda neytral ölkənin bayrağı altında iştirakına icazə verilməsi barədə qərar qəbul edib”.

Bununla belə, IAAF Rusiya Milli Federasiyasına qarşı tətbiq olunan sanksiyanı qüvvədə saxlayıb. Assosiasiya dopinq səbəbindən 2015-ci ildən bu federasiyanın fəaliyyətini dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.