SİYASƏT


İƏT Dağlıq Qarabağda ermənilər tərəfindən İslama aid tarixi ziyarətgahların dağıdılmasından narahatlığını bildirib

Bakı, 12 noyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirir.

AZƏRTAC xəbər verir ki, bu barədə İƏT-in yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.