SİYASƏT


İƏT Ermənistanın humanitar atəşkəs razılaşmasını pozması və nəticədə mülki şəxslərin həlak olması, yaralanması ilə bağlı narahatlığını bildirib

Bakı, 15 oktyabr, AZƏRTAC 

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir: “Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayır, İslam Əməkdaşlıq Təşkilatının qətnamə və qərarlarını, həmçinin BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladaraq, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırır”.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi azərbaycanlı şəhidlərin ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.