SİYASƏT


İƏT Gənclər Forumunun prezidenti: Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği işi bundan sonra da davam etdiriləcək

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq ölkəmizin İƏT Gənclər Forumu ilə faydalı əməkdaşlığını məmnunluqla qeyd edib və təşkilatın bu günədək böyük təşəbbüslərə imza atdığını bildirib. Azərbaycan tarixinin şərəfli səhifələrini yaşadığı bir dövrdə İƏT Gənclər Forumunun rəhbərliyinin ölkəmizə etdiyi bu səfərinin dəstəyin göstəricisi olduğu vurğulanıb. Öz növbəsində Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.

Taha Ayhan Qarabağın sevinc, şərəf və xoşbəxtlik qaynağı olduğunu qeyd edərək, hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. Keçirdiyi son görüşlərdə bölgədə yaşanan son gərginlik və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi barədə müzakirələrin aparıldığını qeyd edən Taha Ayhan bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə təbliği işinin davam etdiriləcəyini bildirib.

Görüş zamanı, həmçinin təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.