İQTİSADİYYAT


İƏT Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının ilk iclası keçirilib

İƏT Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının ilk iclası keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən iclasda 2023-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunub, idarə heyətinin tədbirlər planı üzrə məsul olacağı sahələr müəyyən edilib. Yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb, eləcə də idarə heyətinin növbəti canlı görüşünün təşkili ilə bağlı təkliflər dinlənilib.

Qeyd edək ki, təsdiq edilmiş illik fəaliyyət planına əsasən, Azərbaycan (CERT.gov.az) növbəti ildə də təşkilatın 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək.

Həmçinin iclas zamanı Birləşmiş Ərəb Əmirliyinin CERT təşkilatının təklifinə əsasən idarə heyətinin növbəti iclasının 14-16 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək Qlobal Kibertəhlükəsizlik Sərgisi (GISEC) ilə paralel keçirilməsi təklif edilib və bu təklif idarə heyəti tərəfindən müsbət dəyərləndirilərək qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.