İQTİSADİYYAT
İƏT Təmiz Enerji Mərkəzinin yaradılmasına həsr edilmiş virtual konfrans keçirilib
Bakı, 17 mart, AZƏRTAC
BMT-nin Sənaye İnkişafı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi ilə birgə təsis edilən və beynəlxalq Katibliyi Bakı şəhərində yerləşəcək İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar zəruri tərəfdaşlıqların qurulması məqsədilə virtual formatda konfrans keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Təmiz Enerji Mərkəzinin yaranması və əsas fəaliyyət istiqamətləri barədə təqdimatlar dinlənilib, Mərkəzin fəaliyyəti üçün atılacaq addımlar və görüləcək işlər, Mərkəzin İƏT üzv-ölkələrinin bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində verə biləcəyi əlavə töhfələr barədə müzakirələr aparılıb və tərəfdaşlar üçün mövzu ilə bağlı izahedici sessiya təşkil edilib.
Tədbirə müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin, müvafiq qurum və inkişaf agentliklərinin, eləcə də beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələri qatılıblar.
Xatırladaq ki, ötən ilin noyabrın 27-də Aşqabadda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin İƏT Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]