Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İƏT XİN Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı ilə bağlı 4 qətnamə qəbul edilib

Bakı, 23 mart, AZƏRTAC

Martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, sessiya İslam dünyası ilə bağlı bir çox mövzuları, o cümlədən Fələstin və Qüds Əl-Şərif məsələsi ilə bağlı qəbul edilmiş qətnamələrin həyata keçirilməsi üzrə İƏT Baş Katibliyinin fəaliyyətini və 2020-ci ildə Niameydə keçirilən son XİNŞ-dən sonrakı müddətdə təhlükəsizlik vəziyyəti müzakirə edilib. Sessiyada, həmçinin digər siyasi məsələlər, xüsusilə Əfqanıstandakı hadisələr və onun əfqan xalqı üçün humanitar nəticələri, Cammu və Kəşmirdəki vəziyyət müzakirə olunub.

Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiyada çıxış edən nazir müavini bir sıra fundamental məsələlərə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

İƏT XİNŞ-in 48-ci iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılıb.

İƏT XİN Şurasının 48-ci iclasında “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilib və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilib. Qətnamədə həmçinin “Xocalıya ədalət!” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Braziliyada torpaq sürüşmələri 9 nəfərin ölümünə səbəb olub

Keçmiş məcburi köçkün: Doğma torpağımıza qayıtmaqdan çox sevincliyəm

Cəbrayıl sakini: Uzun illərdir ki, bütün məcburi köçkünlər diqqətdə saxlanılır

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Los-Ancelesdə meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

Tanzaniyada Afrika Enerji Sammiti keçiriləcək

Zelenski: Ukrayna Dnestryanıda yaranan humanitar böhrana görə yardım etməyə hazırdır

Almaniya üçün Alternativ Partiyası yeni gənclər təşkilatı təsis etməyi qərara alıb

Zelenskidən KXDR sədrinə əsir götürülən əsgərlərlə bağlı təklif

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı təhdid edir

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Çadda Fransa erası bitir

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Neftçalada ölümlə nəticələnən qəza olub

Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb

Türkiyə Superliqası: “Qalatasaray” qələbə seriyasını davam etdirib

İngiltərə Federasiya Kuboku: “Mançester Yunayted” “Arsenal”ı məğlub edərək növbəti mərhələyə yüksəlib

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib

İspaniya La Liqası: "Atletiko" liderliyə yüksəlib

Quba-Xaçmaz yolunda baş verən qəzada bir nəfər ölüb

İtaliya A Seriyası: "İnter" səfərdən qələbə ilə qayıdır

“Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib

İngiltərə Federasiya Kuboku: "Tottenhem" növbəti mərhələyə yüksəlib

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Superliqa: "Trabzonspor" darmadağınla üç xala sevinib

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

Qarayazı Dövlət Təbiət Qoruğundan - REPORTAJ VİDEO

İsveçin milli təhlükəsizlik müşavirinin unutduğu məxfi sənədləri xadimə tapıb

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

Azərbaycana qarşı haqsız addım atanlar məsuliyyətdən yayına bilməyəcəklər ŞƏRH

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

Azərbaycan klubu yeni basketbolçu transfer edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

Pakistanda yol qəzasında 12 nəfər ölüb, 25 yaralı var: Ölənlərin sayının artması gözlənilir

Yanvarın 13-də hava əsasən yağmursuz keçəcək

Ağacın aşması nəticəsində bağlanan Zəngilan-Mincivan magistral yolu FHN-in müdaxiləsi ilə açılıb VİDEO

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır

Çexiyada restoranda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

İspaniya Superkuboku: Bu gün “Real Madrid” – “Barselona” oyunu keçiriləcək

Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb

Yəməndə qaz anbarında partlayış olub, 8 nəfər ölüb

Yer ilk dəfə 1,5 °C iqlim həddini pozdu: Təhlükəsiz zonanın sonudurmu?

Az tədqiq edilmiş bakteriyaların mikrobiologiyanın gələcəyindəki rolu - TƏDQİQAT

Fransada tramvaylar toqquşub, 50 nəfər xəsarət alıb

BƏƏ Əbu-Dabi Dayanıqlılıq Həftəsi Sammitinə hazırlaşır

Azərbaycan Bağdadda Asiya Parlament Assambleyası komitəsinin iclasında təmsil olunur

Hacıqabulda yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Gəncədə mebel sexi yanıb

Bundesliqa: “Bavariya” səfərdə “Borussiya Münxenqladbax”a minimal hesabla qalib gəlib

Los-Ancelesdə meşə yanğınları zamanı 13 nəfər itkin düşüb, 11 nəfər ölüb

Superliqa: “Beşiktaş” doğma meydanda üç xala sevinib

Pakistanda yol qəzası olub, 12 nəfər ölüb

İngiltərə Federasiya Kuboku: “Çelsi” növbəti raunda vəsiqə qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Sudan ordusu əl-Cəzirə əyalətinin paytaxtını azad edib

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir - ŞƏRH

Alis Vaydel AfD-nin Kansler vəzifəsinə namizədi seçilib

“Axios”: Danimarka Trampın komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Nazir: Gürcüstana qarşı münasibətdə ikili standartlarla üzləşirik

İngiltərə Federasiya Kuboku: "Liverpul" növbəti mərhələyə yüksəlib

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İstanbulda Azərbaycan caz musiqisi səsləndirilib VİDEO

Azərbaycan sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Böyük Britaniyanın maliyyə naziri Çinə səfər edib

AZƏRTAC-ın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə növbəti oyununu keçirib VİDEO

SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Maka Boçorişvili: Regionda sülh və sabitlik Gürcüstan üçün çox vacibdir

Naxçıvan şəhərində aşkar edilən hərbi sursatlar ərazidən kənarlaşdırılıb

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub – EKSKLÜZİV

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Musiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

"Şamaxı" klubu Zahid Mərdanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib

“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq

Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır

Deputat: Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir- RƏY

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Azərbaycan yaşıl enerji və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir - MÜSAHİBƏ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Siyəzəndə oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

"Yuventus" fransalı futbolçu ilə razılığa gəlib