DÜNYA


İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası Niameydə keçiriləcək

Qahirə, 24 noyabr, AZƏRTAC

Noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niameydə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Baş Katibliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Sülh və inkişaf naminə terrorizmə qarşı səylərin birləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada İslam dünyası üçün aktual problemlər – ekstremizm və terrorizmə, həmçinin islamofobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə məsələləri müzakirə ediləcək.

İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin qeyd edib ki, sessiyada qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların problemləri ətrafında da fikir mübadiləsi aparılacaq.

İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri, həmçinin təşkilatın siyasi, humanitar, sosial-iqtisadi, texnoloji və digər sahələr üzrə inkişafa dair qəbul etdiyi 2025-ci ilədək fəaliyyət planının yerinə yetirilməsini də nəzərdən keçirəcəklər.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.