DÜNYA


İƏT-in Baş Katibliyi İslam Ensiklopediyasını təqdim edib

Qahirə, 15 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi “İslamda birgəyaşayış və yaxınlıq: əlverişli konsepsiyalar” adlı ensiklopediyanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, İslam Ensiklopediyası adlanan kitabı təqdim edən İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osaymin qeyd edib ki, bu kitab təşkilata üzv dövlətlərin direktivlərinə əsaslanır və İslamın sülhsevər, humanist mahiyyətinin təbliğinə, ekstremizmə qarşı mübarizəyə xidmət edəcək. O əlavə edib ki, Səudiyyə Ərəbistanı Krallığının maliyyələşdirdiyi ensiklopediyanın hazırlanmasında müxtəlif ölkələrdən 50 tanınmış alim iştirak edib.

İslam Ensiklopediyası giriş və 4 bölmədən ibarətdir. Kitabda İslam ənənələri və müqəddəs Quran, habelə qanunvericilik əsaslarında dinlərarası dialoqda müsəlmanların rolu, bərabərlik, urbanizasiya, ədalət, sülh və təhlükəsizlik, əxlaq məsələləri öz əksini tapıb. Bundan başqa, alimlərin məqalələrində tarixi faktlar və İslam Peyğəmbərinin kəlamları əsasında idarəçilik konsepsiyası, kafirlik, fitrə-zəkat, cihad və bu gün geniş müzakirə mövzusu olan digər dəyərlərə də aydınlıq gətirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.