SİYASƏT


İƏT-in Baş katibi Qarabağ məsələsində Azərbaycana qəti dəstəyini bir daha ifadə edib

İƏT-in Baş katibi Qarabağ məsələsində Azərbaycana qəti dəstəyini bir daha ifadə edib

Bakı, 6 fevral, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 16-17-də Mavritaniyada keçiriləcək 49-cu sessiyasına hazırlıq iclasında Qarabağ məsələsində Azərbaycan Respublikasına qəti dəstəyini bir daha ifadə edib.

AZƏRTAC xəbər verir ki, Baş katib Azərbaycanın regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini dəstəklədiyini bildirib. O, həmçinin Yəmən, Suriya, Sudan, Liviya və Afrikanın müsəlman ölkələrində sabitliyin bərpa olunması sahəsində İƏT-in səylərinin artırılmasının zəruriliyini vurğulayıb. Baş katib qeyd edib ki, İraqın birliyi, ərazi bütövlüyü və yenidən qurulması İslam dünyası üçün mühümdür.

Hazırlıq iclasında qeyd olunub ki, İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Əfqanıstan hökumətinə xüsusi təkliflər paketi də müzakirə olunacaq. H.B.Taha, həmçinin Şuranın 48-ci iclasına uğurla sədrlik etdiyinə görə Pakistan hökumətinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.