SİYASƏT


İƏT-in Baş katibi təşkilata üzv ölkələri Bakıda keçiriləcək turizm nazirlərinin 11-ci konfransında fəal iştirak etməyə çağırıb

Qahirə, 21 iyun, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilata üzv ölkələri iyunun 27-dən 29-dək Bakıda keçiriləcək İƏT Turizm Nazirlərinin 11-ci Konfransında fəal iştirak etməyə çağırıb. O vurğulayıb ki, turizm sektoru İslam ölkələri arasında ticarətin həcminin artmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, Hissein Brahim Taha Seneqalın paytaxtı Dakarda keçirilən turizm sərgisinə təbrik-müraciətində qeyd edib: “İƏT qarşıdakı üç ildə üzv ölkələr arasında ticarət dövriyyəsinin 25 faiz artırılması məqsədinə nail olmaq istiqamətində fəaliyyət göstərəcək. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası, İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası yarandığı gündən bəri ticarətin maliyyələşdirilməsi, biznes sığortası əməliyyatları və özəl sektor fəaliyyətlərinə dəstək üçün 140 milyard dollar vəsait ayırıb. Mən ticarəti təşviq edən agentliklərin hamısını bu mümkün hədəfin həyata keçirilməsi istiqamətində bütün İƏT ailəsi ilə əməkdaşlığı davam etdirməyə çağırıram”.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi bildirib ki, iki ildən bir keçirilən ümumi ticarət yarmarkasının təşkili və ixtisaslaşdırılmış ticarət yarmarkalarının müntəzəm keçirilməsi İƏT-ə üzv dövlətlər arasında ticarət və xidmətlərin təşviqi üçün mühüm alətdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.