İQTİSADİYYAT


İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun “Turizm sektorunda risk və böhranların idarə olunması: İƏT-ə üzv ölkələrdə böhranların aradan qaldırılması təcrübəsi” mövzusunda araşdırma hesabatı ilə bağlı 10-cu görüşü keçirilib.

Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin məsləhətçisi Azər Orucov təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə dünyanın 14 ölkəsindən turizm sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də turizm sahəsində araşdırma, konsaltinq və səyahət xidmətləri üzrə ixtisaslaşmış Beynəlxalq Turizmin İnkişafı (TDİ), Dünya Səyahət və Turizm Şurası (WTTC), Tripfez şirkətlərinin ekspertləri iştirak edib.

Tədbirdə “Risk və böhranın təsirlərinin aradan qaldırılması üçün strategiya və tədbirlər”, “Turizm sektorunda risk və böhranların idarə olunması: araşdırma aparılan ölkələrin təcrübəsi, əsas çətinliklər, tövsiyələr və perspektivlər” mövzusunda təqdimatlar nümayiş olunub və müzakirə edilib.

Həmçinin tədbir çərçivəsində “Turizm sektorunda risk və böhranların idarə olunması və böhranların aradan qaldırılması üzrə siyasi imkanlar” ilə bağlı keçirilən sessiyada aparılan araşdırmaların nəticəsi, eləcə də üzv ölkələrin təcrübəsinə əsasən COMCEC-in növbəti Nazirlər sammiti zamanı təsdiq olunması nəzərdə tutulan mövzu ilə əlaqədar siyasi tövsiyələrin hazırlanması məqsədilə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.