SİYASƏT


İƏT qanunsuz erməni silahlı dəstlərinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmasını pisləyib

Qahirə, 10 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın ərazisində qanunsuz erməni silahlı dəstələrinin avqustun 3-də Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbi qulluqçu Anar Kazımovun şəhid olmasını pisləyən bəyanat yayıb.

Baş Katiblikdən AZƏRTAC-a daxil olan bəyanatın mətnində qeyd olunub ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

İƏT Xarici İşlər Nazirləri Şurasının bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağırıb.

İƏT-in Baş Katibliyi Azərbaycan şəhidinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.