CƏMİYYƏT


İƏT üzv dövlətlərin beynəlxalq tərəfdaşlarla media əməkdaşlığına töhfə verəcək

İƏT üzv dövlətlərin beynəlxalq tərəfdaşlarla media əməkdaşlığına töhfə verəcək

Bakı, 19 may, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Rusiya və İslam Dünyası: Davamlı İnkişaf və İqtisadi Rifah naminə media əməkdaşlığı” adlı beynəlxalq media konfransında təşkilata üzv dövlətlərin media qurumları və beynəlxalq jurnalist təşkilatları arasında daha fəal əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.

AZƏRTAC təşkilatın Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, konfransda videoformatda çıxış edən İƏT İnformasiya departamentinin direktoru Vəcdi Əli Sindi qeyd edib: “Təşkilata üzv dövlətlərin və beynəlxalq medianın fəal əməkdaşlığı bir sıra yanlış xəbərlərin, qərəzli təbliğat materiallarının, xüsusən İslamofobiya ilə bağlı “informasiya çirkabı axınının” qarşısını almağa kömək edəcək”.

İƏT-in nümayəndəsi qeyd edib ki, təşkilatın İnformasiya departamenti bu məsələnin beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsi, digər fəal təşkilatlar və ölkələrlə birgə layihələrin həyata keçirilməsi üzrə səyləri davam etdirəcək və qlobal inkişaf məqsədlərinə xidmət etmək üçün daha çox əməkdaşlığa rəvac verən şərait yaratmağa töhfə verəcək.

Qeyd edək ki, İslam ölkələri media nümayəndələrinin iştirak etdikləri konfrans “Tat Media”, İslam Əməkdaşlıq Təşkilatının UNA Xəbər Agentlikləri Birliyi ilə birgə təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.