DÜNYA


İƏT və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı humanitar tərəfdaşlıq məsələlərini müzakirə ediblər

Qahirə, 9 sentyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş Katibliyinin nümayəndələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları humanitar aksiyaların həyata keçirilməsinə dair strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, virtual müzakirələr zamanı birgə Fəaliyyət Planının hazırlanması barədə razılıq əldə olunub.

İƏT-in Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, səfir Tariq Əli Baxetin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional təmsilçisi Xalid Xəlifənin başçılıq etdikləri nümayəndə heyətləri İslam ölkələrində qaçqınların vəziyyəti barədə fikir mübadiləsi aparıb, COVID-19 pandemiyası dövründə onlara humanitar, o cümlədən tibbi yardımların göstərilməsi sahəsində birgə layihələr reallaşdıracaqlarını bəyan ediblər. Qeyd olunub ki, bütün bu proseslər 2014-cü ilin noyabrında iki təşkilat arasında yaradılmış birgə komissiyanın rəhbərliyi ilə aparılacaq.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.