İDMAN


IBSA-nın idman direktoru Yanoş Tardoş Heydər Əliyev adına İdman Arenasında olacaq

Bakı, 29 aprel, AZƏRTAC

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, Y.Tardoşun səfərinin məqsədi Bakıda təşkil olunacaq paracüdo üzrə Qran-Pri yarışlarına hazırlıq barədə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində qonaq Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə görüşlər keçirəcək, Qran-Prinin təşkil olunacağı Heydər Əliyev adına İdman Arenasında hazırlıq prosesi ilə tanış olacaq.

Y.Tardoş artıq Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb. Görüş zamanı belə mötəbər tədbirin yenidən Bakıda baş tutmasının sevindirici hal olduğu, Qran-Prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradıldığı və hazırlıq işlərinin yaxın günlərdə tam yekunlaşacağı vurğulanıb.

Qeyd edək ki, mayın 25-26-da Bakıda keçiriləcək Qran-Pri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.