Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İCBARİ EKOLOJİ SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N-8 (1-ci kitab), maddə 584; 2001-ci il, N-1, maddə 24; N-3, maddə 139; N- 7, maddə 455; N-11, maddələr 680, 698; N-12, maddə 731; 2002-ci il, N-1, maddə 9; N-4 (1-ci kitab), maddə 165; N-5, maddələr 234, 237, 239; N-6, maddə 326; 2002-ci il, N-8, maddə 463; N-12, maddə 692; Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli, 385 –IIQD və 395 –IIQD saylı, 24 dekabr tarixli, 408 – IIQD saylı Qanunları; Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli, 422-IIQD saylı Qanunu) aşağıdakı redaksiyada 83-1-ci maddə əlavə edilsin:

“Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki

məsuliyyətini sığortalamaması

Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında və ya hüquqi şəxslər şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə edilir”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin