CƏMİYYƏT


ICESCO İslam ölkələri ekologiya nazirlərinin 9-cu konfransına hazırlıq işləri görür

Qahirə, 27 oktyabr, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2022-ci ildə keçirilməsi nəzərdə tutulan İslam ölkələri ekologiya nazirlərinin 9-cu konfransına hazırlıq işlərinə başlayıb.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil ediləcək konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə yanaşı, Avropa İttifaqı və ABŞ, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirin keçirilməsində məqsəd qlobal iqlim dəyişiklikləri fonunda ətraf mühitin qorunması üzrə yeni mexanizmlərin tətbiqi, “yaşıl iqtisadiyyatın” təşviqidir.

Səudiyyə Ərəbistanında keçirilmiş “yaşıl iqtisadiyyat” üzrə I Yaxın Şərq Zirvə görüşündə iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl Malik qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat ən mühüm qlobal çağırışlardan biri olan iqlim dəyişikliyi ilə bağlı həyata keçiriləcək layihələrdə fəal iştirak edəcək. O əlavə edib ki, bu məqsədlə üzv ölkələrin uyğun hökumət strukturları və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət proqramı hazırlanacaq. Baş direktor Səudiyyə Ərəbistanının Yaxın Şərq regionunda 50 milyard ağac əkilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu kampaniyanın karbon qazı emissiyasını 10 faiz azaldacağını bildirib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.