MƏDƏNİYYƏT


ICESCO “Qadın İli” çərçivəsində ilk açılış tədbirini keçirəcək

Qahirə, 9 mart, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2021-ci ili İslam aləmində “Qadın İli” elan edib. Bu münasibətlə martın 11-də İslam ölkələrinin birinci xanımları, şahzadələr və nazirlərin iştirakı ilə “Qadınlar gələcək naminə” şüarı altında keçiriləcək tədbirlərin virtual açılış mərasimi olacaq.

ICESCO-nun mənzil qərargahından AZƏRTAC-a bildiriblər ki, “Qadınlar gələcəyin ilhamverici rəmzi” mövzusunda keçiriləcək açılış mərasimində və davam edəcək üç panel iclasında zərif cinsin nümayəndələrinin cəmiyyətin inkişafında, elm və təhsildə rolunun artırılması, gənc qızların təhsili və cəmiyyət həyatının müxtəlif sahələrində layiqli yerlərini tutmaları üçün yeni layihələrin həyata keçirilməsi müzakirə ediləcək.

Bütün bu məsələlər tədbirin yekununa dair qəbul ediləcək Bəyannamədə öz əksini tapacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.