CƏMİYYƏT


ICESCO “Uşaqlar naminə sülh” devizi altında festival keçirir

Qahirə, 28 iyul, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş ofisində 31 ölkədən 400-dən çox azyaşlının iştirakı ilə “Uşaqlar naminə sülh” devizi altında festival keçirilir.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, festivalın açılışı mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik 14-cü dəfə təşkil edilən bu festivalın müxtəlif ölkələrdən olan və fərqli dini etiqad, irq və mədəniyyətə malik uşaqlar arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və sülhün təbliği olduğunu deyib.

Sonra öz xalqlarının milli geyimlərində olan uşaqlar folklor nümunələri və rəqsləri təqdim ediblər. Onlar iyulun 31-dək ICESCO-nun təşkil etdiyi düşərgədə qalacaq, müxtəlif mövzularda mədəni tədbirlərdə iştirak edəcəklər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.