ELM VƏ TƏHSİL


ICESCO ilə Beynəlxalq Astronavtika Federasiyası arasında əməkdaşlıq genişlənir

Qahirə, 16 oktyabr, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Beynəlxalq Astronavtika Federasiyası (IAF) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və IAF-ın prezidenti Paskal Ehrenfreund İslam ölkələrinin ali təhsil müəssisələrində, habelə elmi-tədqiqat institutlarında Beynəlxalq Kosmos Universitetinin (ICU) kosmik tədqiqatlar üzrə yeni tətbiqlərinin yayılması, üzv ölkələrin mütəxəssisləri üçün treninqlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

ICESCO-nun Baş direktoru bildirib ki, onun rəhbərlik etdiyi təşkilat astronavtika və kosmik texnologiyalar fənninin təşkilata üzv ölkələrin orta məktəb və universitetlərində tədris proqramlarına daxil edilməsi üzrə layihə həyata keçirəcək. Bəşəriyyətin gələcəyi olan kosmik tədqiqatlar İslam ölkələri üçün də böyük əhəmiyyətə malikdir.

Tərəflər noyabrın 1-3-də Beynəlxalq Kosmos Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə keçiriləcək Qlobal Kosmos Forumuna hazırlıq məsələlərini də müzakirə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.