MƏDƏNİYYƏT


ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

Qahirə, 10 yanvar, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək. Bu barədə AZƏRTAC-a təşkilatın Rabatdakı baş ofisindən bildiriblər.

Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. O, ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.