MƏDƏNİYYƏT


ICESCO-nun mədəniyyət, incəsənət və irs rəqəmsal platforması şəbəkəsi istifadəyə verilib

Qahirə, 16 iyul, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında təşkilatın mədəniyyət, incəsənət və irs rəqəmsal platforması şəbəkəsinin təqdimatı keçirilib.

ICESCO-nun baş qərargahından AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində çıxış edən təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik yeni şəbəkə İslam ölkələrinin mədəniyyəti, incəsənəti və qədim irsinin virtual təbliği məqsədilə yaradılıb. O diqqətə çatdırıb ki, iki komponentdən ibarətdir. Birinci komponentə təşkilata üzv ölkələrin incəsənət nümunələri, muzeylər, yazıçıların əsərlərindən ibarət rəqəmsal kitabxana, ICESCO-nun televiziya kanalı və kino mərkəzi daxildir. İkinci komponent isə İslam Dünyası İrsi portalı, virtual Opera Evi və Ədəbiyyat Evindən ibarətdir. Bundan başqa, təşkilatın nəzdində yaradıcı gənclər üçün virtual mərkəz də fəaliyyət göstərəcək.

Təqdimat mərasimində çıxış edən İslam ölkələrinin informasiya-kommunikasiya üzrə mütəxəssisləri yeni rəqəmsal platforma şəbəkəsinin detalları barədə ətraflı məlumat veriblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.