ELM VƏ TƏHSİL


ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Qahirə, 17 aprel, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə təşkilat üzrə Azərbaycan Milli Komissiyasının birgə virtual iclasında tərəflər arasında elm, texnologiya və innovasiyalara dair planın icrası və həyata keçiriləcək proqramlar müzakirə edilib.

ICESCO-nun mərkəzi qərargahından AZƏRTAC-a bildiriblər ki, təşkilatın elm və texnologiyalar şöbəsinin rəhbəri Rəhil Qəmər, şöbənin baş məsləhətçisi Fuad Əl-Ayni, Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə və komissiyanın üzvü Leyla Tağızadənin iştirak etdikləri müzakirələrdə Azərbaycanda mühəndislik üzrə treninqlərin keçirilməsi, tibbi və bioloji avadanlıqların, habelə qabaqcıl diaqnostika aparatlarının istifadəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər bu ilin iyulunda Bakıda treninq proqramının həyata keçirilməsi, o cümlədən gənclər arasında texnologiya və innovasiya sahəsində kiçik sahibkarlığın inkişafı üzrə üçgünlük düşərgənin təşkili barədə təklifləri müzakirə ediblər. Azərbaycanın Kənd Təsərrüfatı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə həyata keçiriləcək proqrama, həmçinin gənclərin öz layihələrini təklif edəcəyi altı həftəlik kurslar salınıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.