MƏDƏNİYYƏT


“İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN BALANSINA DAXİL OLAN TARİXİ-MEMARLIQ ABİDƏLƏRİNİN, BİNA VƏ TİKİLİLƏRİN SİYAHISI TƏSDİQLƏNMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına daxil olan tarixi-memarlıq abidələrinin, bina və tikililərin siyahısı təsdiqlənmişdir. Siyahıda 29 abidə ilə birlikdə 88 dövlət yaşayış və qeyri-yaşayış binasının və s. adı da vardır.

“İçərişəhər” Qoruğu İdarəsinin balansına “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, AMEA-nın Milli Folklor İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutu Muzeyinin, Bakı şəhər Mədəniyyət İdarəsinin, Şirvanşahlar Sarayı Kompleksi Muzeyinin müdiriyyətinin, “Buta” Marionet Teatr-studiyasının, Səbail rayonu 46 saylı uşaq bağçasının, AHİK-in Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun yerləşdiyi binalar, büronun istifadəsində olan “Molla Əhməd” məscidi, Mədəniyyət və Turizm Nazirliyinin Muzey əşyalarının bərpa mərkəzinin yerləşdiyi “Bəylər” məscidi, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun, “Muğam” teatrının yerləşdiyi ikimərtəbəli karvansara, Mədəniyyət və Turizm Nazirliyinin Bədii sərgi salonunun, Səbail Rayon Polis İdarəsinin 19 saylı sahə polis məntəqəsinin, Azərbaycan Milli Sülh Komitəsinin,” İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, qurumun mənzil-kommunal və təmir xidmətinin, MSK-nın Seçkilər İnformasiya Mərkəzinin, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti idman klubunun, “Azərxalça” Elm İstehsalat Birliyinin, 5 nömrəli qaz xidməti sahəsinin yerləşdiyi binaların qeyri-yaşayış hissəsi, elmi istehsalat bərpa emalatxanasının yerləşdiyi “Təkiyə” memarlıq abidəsi, “İçərişəhər” Tarix Muzeyinin yerləşdiyi “Hacı Banu”, 623 saylı aptekin yerləşdiyi “Qasım bəy” hamamları, “Karvansara” restoranının yerləşdiyi “Buxara”, “Karvansara” restoranının yerləşdiyi “Moltanı” karvansaraları, “Şirvanşahlar sarayı” muzeyi filialının yerləşdiyi Qız Qalası abidəsi, “Şirvanşahlar sarayı” kompleksinə aid memarlıq abidələri daxildir.

Siyahıya həm də kilsə, karvansara, Dödrbucaqlı qala, “Ağa Mikayıl” hamamı, “Gileyli” məscidi, digər məscidlər, yaşayış evləri, yeraltı tikililər və s. daxil edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.