İÇMƏLİ SU PROBLEMİ ARADAN QALDIRILIR

Balakəndə Seltik çayının mənbəyindəki buz bulaqlardan 15 kilometr uzunluğunda içməli su kəməri çəkilir. Rayonun daxili imkanları hesabına aparılan bu nəcib işin tez və keyfiyyətlə başa çatdırılması üçün ən təcrübəli inşaatçılar, xeyli maşın və mexanizmlər cəlb olunmuşdur.

Rayon İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son illər əhalinin xeyli artması, yeni yaşayış massivlərinin salınması içməli su təminatında ciddi çatışmazlıq yaradır. Bu problemin aradan qaldırılması üçün inşaatçılar su kəmərini prezident seçkilərinə qədər rayon mərkəzinə çatdıracaq, burada dövlətimizin başçısının şərəfinə bulaq kompleksi ucaldacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.