MƏDƏNİYYƏT


“ICOMOS” Prosekko təpələrinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini tövsiyə edib

Roma, 16 iyun, AZƏRTAC

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (ICOMOS) UNESCO-nun Dünya İrs Komitəsinin (WHC) Bakıda təşkil olunacaq 43-cü sessiyası öncəsi İtaliyanın Konelyano-Valdobbyadene bölglərində yerləşən Prosekko təpələrinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini tövsiyə edib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, WHC İtaliya hökumətinin təklifini Bakıda qiymətləndirəcək.

“Bu, on ildir çatmaq istədiyimiz arzudur”, - deyə Veneto regionunun qubernatoru Luka Zaya bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.