İQTİSADİYYAT


“İDEAL DİZAYN” SƏRGİDƏ BÖYÜK ÜMİDLƏRLƏ İŞTİRAK EDİR

Bakıda keçirilən “BAKIMEBEL-2004” mebel, taxta emalı və dizayn sərgisində iştirak edən “İdeal dizayn” şirkəti ofis və mənzil mebellərini nümayiş etdirmişdir.

Respublika ərazisində 300-dən artıq satış məntəqəsi olan şirkətin malları 4 ölkəyə - Qazaxıstan, Gürcüstan, İran və Rusiyaya ixrac olunur. Xarici xammaldan istifadə edən müəssisə beynəlxalq keyfiyyət sertifikatı almış yeganə yerli mebel istehsalçısıdır. “İdeal dizayn”ın mebelləri bu gün müxtəlif təşkilatların ofislərini, Bakı-Tbilisi-Ceyhan kəməri ətrafında tikilmiş obyektləri bəzəyir. Öz fəaliyyətini Azərbaycanın inkişafı ilə əlaqələndirən şirkət mebel sərgisinə böyük ümidlərlə atılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.