IDEAS bazasında Azərbaycan iqtisadiyyatına dair mindən çox nəşr yer alıb
AzerTAg.az

Bakı, 12 yanvar, AZƏRTAC
IDEAS platformasında ölkəmiz üzrə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin elmi əsərləri yer alıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bazada 4 milyon 200 mindən çox tədqiqat əsəri, o cümlədən tam mətndə yüklənə bilən 3 milyon 800 mindən çox məqalə indekslənir.
IDEAS iqtisadi ədəbiyyat (nəşrlər) üzrə biblioqrafik məlumat bazasında Azərbaycan iqtisadiyyatına dair 1009 nəşr mövcuddur ki, bunlardan 607-si məqalə, 340-ı tədqiqat işi, 34-ü kitabdan fəsil, 23-ü isə kitabdır.
Qeyd edək ki, IDEAS https://ideas.repec.org/ ABŞ Federal Ehtiyatlar Bankının Tədqiqat bölməsi tərəfindən idarə olunan iqtisadiyyata aid ən böyük biblioqrafik məlumat bazasıdır və istifadəçilər üçün açıqdır. Baza iqtisadiyyat üzrə araşdırma edən istənilən şəxs üçün faydalı informasiya mənbəyidir.
Xəbərin mətnində orfoqrafik səhv var