REGİONLAR


IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək

Qax, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın əsas istiqamətlərindən biri əhalini maarifləndirmədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri IDEA İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva Qaxda ekoloji yay düşərgəsinin açılış tədbirində jurnalistlərə müsahibəsində bildirib.

Üç gün ərzində uşaqların ceyranlar haqqında yetərincə məlumat alacaqlarını vurğulayan İctimai Birliyin təmsilçisi deyib: “Düşərgə müddətində uşaqlar müxtəlif ekoloji tədqiqatlarda da iştirak edəcəklər. Onlar üçün çox maraqlı ekskursiyalar da nəzərdə tutulub. Düşərgə iştirakçıları Ləkit şəlaləsinə gedəcək, həmçinin

reintroduksiya olunmuş ərazilərlə tanış olacaqlar. Bir sözlə, düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.