REGİONLAR


IDEA İctimai Birliyinin nümayəndəsi: İndiyədək 13 rayonda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Qəbələ, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu gün IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qəbələ rayonunda aztəminatlı ailələr üçün iki hektar sahədə fındıq bağı salınıb, əraziyə 1248 ədəd fındıq kolu əkilib. 2017-ci ilin aprelindən icra olunan bu layihənin əsas məqsədi aztəminatlı ailələrə kömək göstərmək, onların maddi rifahını yaxşılaşdırmaqdır. Layihə çərçivəsində indiyədək respublikanın 13 rayonunda yeni bağlar salınaraq aztəminatlı ailələrin istifadəsinə verilib.

Bu sözləri IDEA İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva Qəbələdə keçirilən ağacəkmə aksiyası zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Qurumun təmsilçisinin sözlərinə görə, noyabrın sonunadək daha 3 rayonda – İmişli, Qazax və Göygöl rayonlarında da aztəminatlı ailələr üçün yeni meyvə bağlarının salınması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.