REGİONLAR
IDEA İctimai Birliyinin təşəbbüsü çərçivəsində Lənkəranda 2 minədək ağac əkilib
Lənkəran, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC
IDEA İctimai Birliyinin ağacəkmə təşəbbüsünə dəstək məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, oktyabrın 15-dən noyabrın 15-dək rayonda yaşıllaşdırma aylığı elan edilib.
AZƏRTAC xəbər verir ki, yaşıllaşdırma aylığı ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, oktyabrın 21-də Lənkəran şəhərində ağacəkmə aksiyası keçirilib.
Heydər Əliyev prospektində, Lənkəran Beynəlxalq Hava Limanının qarşısında və Ələt-Astara magistral yolunun Sütəmurdov kəndindən keçən hissəsində təşkil olunan aksiyada şəhər icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 2 minədək dəmirağacı, küknar, xan çinarı və Eldar şamı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.