İDMAN
İDMANÇILARIMIZ DÜNYA ÇEMPİONATINDA VƏ BEYNƏLXALQYARIŞLARDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Qeyd edək ki, cütlük noyabrın 26-da Almaniyanın Leypsiq şəhərində dünyanın 14 ən güclü rəqs duetinin iştirakı ilə keçiriləcək “ARD – Masters – Gala” beynəlxalq turnirinə qatılacaqdır.
Ümumiyyətlə, noyabr ayı idmançılarımız üçün çox məhsuldar olmuşdur. Onlar bu yaxınlarda Tbilisidə Gürcüstan İdman Rəqsləri Federasiyasının (GNDSF) eyni vaxtda təşkil etdiyi iki beynəlxalq turnirdə iştirak etmişlər. Standart rəqslər üzrə yaşlı idmançılar arasında keçirilən “İnternational Open Standart” turnirində “Şane” klubunun üzvləri Valeri Malikov – Aleksandra Kasyanenko cütlüyü gümüş medala sahib olmuşlar. Hazırda onlar standart rəqslər üzrə yaşlılar arasında dekabrda Riqada keçiriləcək beynəlxalq turnirə və Avropa kuboku yarışlarına hazırlaşırlar. 7 ölkədən 26 rəqs cütlüyünün iştirak etdiyi “IDSF İnternational Open Latin” turnirində isə İlham və Nərgiz Osmanovlar dueti 8-ci yerə layiq görülmüşlər.
Beynəlxalq turnirlər çərçivəsində 1993-95-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışlarda isə “Çinar” klubunun təmsilçiləri Elvin Şelmiyev və Nigar Babayeva dueti Ermənistan idmançılarını qabaqlayaraq, ikinci yer tutmuşdur.