İDMAN
İDMAN HAMI ÜÇÜN
Assosiasiya ofisi Kopenhagendə yerləşən Danimarkanın “Mədəniyyətlərin kəsişməsi assosiasiyası” layihəsi və Norveç Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar, siyasi-bitərəf və gəlirsiz layihədir. Layihədə münaqişə vəziyyətində olan ölkələr - Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina, Xorvatiya, Ermənistan, Serbiya və Çernoqoriya iştirak edirlər.
Təşkilatçıların fikrincə, əyləncəli oyunlar və “Həvəskar futbol konsepsiyası”na pedaqoji baxımdan yanaşma sosial yaxınlaşma prosesinə təkan verəcək, idman əməkdaşlığını, sülhü, sabitliyi bərpa edəcəkdir. Ən başlıcası isə, kütləvi futbolun və “İdman hamı üçün” prinsipinin inkişafına kömək göstərəcəkdir.
Tbilisidə yerləşən regional mərkəzin nümayəndələri futbolçulara müvafiq idman paltarları və ləvazimatı təqdim etmişlər. Artıq Mingəçevirdə də uşaq həvəskar futbol məktəbinin açılışı olmuşdur. Yaxın vaxtlarda ölkənin daha 8 regionunda belə məktəblərin açılacağı gözlənilir.