İDMAN


İDMAN JURNALİSTLƏRİ ASSOSİASİYASI İLİN İDMAN LAUREATLARINI MÜƏYYƏN ETMİŞDİR

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), hər il ənənəvi olaraq, kütləvi informasiya vasitələrinin redaksiyaları, televiziya tamaşaçıları, radio dinləyiciləri və idman azarkeşləri arasında rəy sorğusu keçirir.

AZƏRTAC xəbər verir ki, 2005-ci ilin idman laureatlarını müəyyən etmək üçün keçirilən sorğunun nəticələri belə olmuşdur: “İlin idman jurnalisti” nominasiyası üzrə qəzet və jurnallar arasında “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, televiziyalar arasında Asif Bağırov (ANS TV), radiolar arasında Yaqub Nuriyev (Azərbaycan radiosu) qalib gəlmişlər. “İlin idman qəzeti” nominasiyası üzrə idman nəşrləri arasında “Olimpiya dünyası” birinci, “Çempion” ikinci, “Futbol+qol” üçüncü, ictimai-siyasi qəzetlər arasında isə “Azərbaycan” birinci, “Zerkalo” ikinci, “525-ci qəzet” üçüncü yer tutmuşlar.

“İlin idman telekanalı” nominasiyası üzrə “ANS TV” birinci, “AzTv” ikinci, “Space TV” üçüncü yerə sahib olmuşlar. AİJA jurnalistlərlə yanaşı, il ərzində əldə etdikləri uğurlara görə idmançıları da qiymətləndirmişdir. “İlin idmançısı” nominasiyası üzrə qadınlardan Anna Qurbanova (bədii gimnastika) 1-ci, Şəhrin Yusifova (taekvondo) 2-ci, Alla Həsənova (voleybol) 3-cü, kişilərdən Nizami Paşayev (ağır atletika) 1-ci, Vitali Rəhimov (yunan-Roma güləşi) 2-ci, Elçin İsmayılov (cüdo) 3-cü yerə çıxmışlar.

“İlin komandası” nominasiyası üzrə isə qadınlardan ibarət milli voleybol yığması birinci, qadınlardan ibarət milli otüstü xokkey yığması ikinci, “Neftçi” futbol klubu üçüncü olmuşdur. “İlin məşqçisi” adına Əfsər Əfsətov (ağır atletika), “İlin idman hakimi” adına Niftalı Quliyev (boks) layiq görülmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.