ELM VƏ TƏHSİL


“IFA 2019” 59-cu beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

Bakı, 9 sentyabr, AZƏRTAC

Berlində “IFA 2019” 59-cu beynəlxalq istehlak elektronikası sərgisi keçirilir.

AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, 1924-cü ildən keçirilən “IFA 2019” Almaniyanın ən qədim sənaye sərgilərindən olmaqla yanaşı, dünyanın ən məşhur ticarət şoularından biri hesab olunur. Sərgi peşəkar auditoriya üçün geniş xidmətlər spektri təklif edir və elektronika istifadəçiləri üçün bir çox proqramlar və tədbirlər həyata keçirir.

Sentyabrın 11-dək davam edəcək sərginin əsas istiqamətlərinə telekommunikasiyalar, informasiya texnologiyaları, əlaqə, elektronika və elektroenergetika və s. daxildir. Sərgidə dünyanın nəhəng şirkətlərinin ən son texnoloji yenilikləri təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.