SİYASƏT
İFES PREZİDENT SEÇKİLƏRİ ÜÇÜN TƏBLİĞAT VİDEOLENTLƏRİ HAZIRLAYIR
Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) Bakıdakı nümayəndəliyi ictimaiyyəti əhalini oktyabrın 15-də keçiriləcək prezident seçkilərində fəal iştiraka çağıran təbliğat videolentləri hazırlayır.
Nümayəndəliyin rəhbəri Çarlz Laşam AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, IFES-in maliyyə dəstəyi ilə hazırlanmış bu videolentlər prezident seçkiləri ərəfəsində ölkənin bütün telekanalları ilə nümayiş etdiriləcəkdir.
Ç.Laşam demişdir ki, IFES-in fəaliyyəti seçki prosesinə texniki yardım xarakteri daşıyır və Mərkəzi Seçki Komissiyası ilə tam razılaşdırılmışdır.
O, eyni zamanda, vurğulamışdır ki, IFES-in mütəxəssisləri seçicilərin fəallığını artırmaq məqsədi ilə respublikanın səkkiz bölgəsində ictimaiyyət arasında izahat işləri aparırlar.