SİYASƏT


İFES QUBADA “DEMOKRATİYA DÜŞƏRGƏSİ” TƏŞKİL EDİR

İyulun 27-dən avqustun 1-dək Quba rayonunda Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Bakıdakı nümayəndəliyinin himayəsi ilə “Demokratiya düşərgəsi” təşkil ediləcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə nümayəndəliyin rəhbəri Çarlz Laşam bildirmişdir.

Düşərgədə ölkənin ayrı-ayrı ali məktəblərindən İFES nümayəndəliyində müsahibədən uğurla keçmiş 18 yaşından 20 yaşınadək 35 tələbə iştirak edəcəkdir.

Ç.Laşam bu tədbirin məqsədlərindən danışaraq qeyd etmişdir ki, altı gün ərzində Azərbaycan tələbələri insan hüquqları və demokratiya normaları üzrə sürətləndirilmiş kurs keçəcəklər. O demişdir: “Bizim məqsədimiz öz konstitusiya hüquqlarını yaxşı bilən və demokratiyanın ideallarına sadiq olan Azərbaycan vətəndaşlarının formalaşmasına kömək etməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.