İDMAN


IFFHS: Azərbaycan millisi Avropada 13-cüdür

Bakı, 9 oktyabr, AZƏRTAC

UEFA-ya üzv olan ölkələrin milli komandalarının tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 55 yığmanın hər birinin rekordçusunu təqdim edib.

Azərbaycan millisi də siyahıda yer alıb. Komandamızın mütləq rekordçusu Araz Abdullayevdir. Yarımmüdafiəçinin millidəki debütü 16 yaş 172 günlüyündə gerçəkləşib. 2008-ci il oktyabrın 11-də ilk dəfə milli forma geyinən futbolçu iki gündən sonra yığma karyerasının 13 illiyini tamamlayacaq.

Azərbaycan millisi debütantının gəncliyinə görə Avropada 13-cüdür. Yəni yalnız 12 yığmada daha gənc oyunçular olub.

Avropa rekordu serbiyalı Antun Rudinskiyə məxsusdur. O, 15 yaş 32 günlüyündə milli forma geyinib.

Serbiyadan başqa, Şimali İrlandiya, Macarıstan, Lüksemburq, Norveç, Çexiya, Belçika, Türkiyə, Yunanıstan, İtaliya, Ermənistan və Andorrada da daha gənc debütant olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.