İDMAN


IFFHS XXI əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb

Bakı, 18 fevral, AZƏRTAC

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya İspaniya millisinin və "Real Madrid" klubunun kapitanı Serxio Ramos başçılıq edir. Otuz beş yaşlı təcrübəli müdafiəçi XXI əsrdə 126 dəfə fərqlənib. İkinci sırada 104 qolla Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka qərarlaşıb. XXI əsrdə yalnız bu iki müdafiəçi 100-dən çox qol vura bilib.

IFFHS-in araşdırmasına əsasən, 51 müdafiəçi 50 və daha çox qol vurmağı bacarıb.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"də çıxış edir. Onun Madrid təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.